Gənclərin apellyasiya şikayətinə mayın 19-da baxılacaq

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə ittiham irəli sürülüb

Source:


Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə ittiham irəli sürülüb

Bayram Məmmədovun həbsindən verilən apellyasiya şikayətinə mayın 19-da, saat 15.45-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz Facebook səhifəsində paylaşıb.

Vəkil Qiyas İbrahimovun həbsindən verdiyi apellyasiya şikayətinə isə elə həmin gün saat 14.50-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baxılacağını qeyd edib.

Hər iki gənc mayın 10-da həbs olunub və onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satmaq məqsədiylə külli miqdarda narkotik maddə saxlama və gəzdirmə) maddələrilə ittiham irəli sürülüb. Mayın 12-də isə Xətai Rayon Məhkəməsi hər iki gənc haqda həbsqəti imkan tədbiri seçən hökm çıxarıb.

Ana səhifəXəbərlərGənclərin apellyasiya şikayətinə mayın 19-da baxılacaq