Gənclər İran səfirliyi qarşısında aksiya keçirdi

Aksiyaçılar qətnaməni səfirliyə təqdim ediblər

Source:


Aksiyaçılar qətnaməni səfirliyə təqdim ediblər

Noyabrın 10-da Milliyyətçi Gənclər Hərəkatı İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyaçılar “And olsun Səttarxana, od vurarıq Tehrana” şüarı səsləndiriblər.

Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, polislər aksiya iştirakçılarının səfirlik qarşısına toplaşmasına imkan verməyiblər. Bildiriblər ki, yalnız iki nəfər qətnamənin səfirliyə təqdim edə bilər. Bundan sonra aksiyaçılar metronun “İşərişəhər” stansiyası istiqamətində ərazidən uzaqlaşdırılıblar. İki nəfər isə aksiyanın qətnaməsini səfirliyə təqdim ediblər.

6 Noyabr 2015-ci ildə İranın dövlət kanalı olan “Kanal 2”-nin “2 Fitilə” adlı proqramında azərbaycanlılar (türklər) təhqir edilib. Belə ki, proqramın “Hotel Fitilə” adlanan hissəsində hoteli pis qoxuya görə tərk etmək istəyən azərbaycanlı (türk) ata və oğulun saxta dastanı təsvir edilir. Təhqiramiz dastanda diş fırçası əvəzinə tualet fırçasından istifadə edən azərbaycanlı oğlan atası ilə birlikdə hoteldə pis iyin olmasına etiraz edir və sonda anlayırlar ki, elə bu qoxu oğlanın özündən gəlir… Bu təhqiramiz verlişə görə 9 noyabr 2015-ci ildə Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin və azərbaycanlılarınyaşadığı digər yerlərdə etiraz aksiyası baş tutub.

MGT azərbaycanlılara dəstək aksiyası keçirmək üçün İranın Azərbaycandakı səfirliyinin qarşısına toplaşıblar.

Ana səhifəXəbərlərGənclər İran səfirliyi qarşısında aksiya keçirdi