Gənclər həbslərə etiraz etdilər

Müsavat Gənclər Təşkilatı Tofiq Yaqublu və İlqar Məmmədovun həbsinə etiraz bəyanatı verdi

Source:


Müsavat Gənclər Təşkilatı Tofiq Yaqublu və İlqar Məmmədovun həbsinə etiraz bəyanatı verdi

Müsavat Gənclər Təşkilatı partiyanın başqan müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda hər iki şəxsin siyasi sifarişlə həbs olunduğu bildirilir. “Onların dərhal və qeyd-şərtsiz olaraq azadlığa buraxılmasını tələb edirik. Müsavat Gənclər Təşkilatı bu məhkəmə hökmünü qətiyyətlə pisləyərək, onun hər hansı dəlilə yox, siyasi sifarişə söykəndiyini bəyan edir, bu ədalətsiz və sifarişli məhkəmə qərarının ləğv olunmasını tələb edir və ölkə ictimaiyyətini, eləcə də beynəlxaql birliyi bu qərara biganə qalmayıb, sərt etiraz etməyə səsləyir”-bəyanatda qeyd olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsi 17 martda Tofiq Yaqublu və İlqar Məmmədovu “zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə” əməllərində təqsirli bilib. Hakim Rəşid Hüseynov “Müsavat” partiyasının başqan müavini Tofiq Yaqubluya 5 il, “Real” Hərəkatının sədri İlqar Məmmədova 7 il həbs cəzası verib.

Ana səhifəXəbərlərGənclər həbslərə etiraz etdilər