Gənclər Bakı İstintaq Təcridxanasına aparılıb

Bayram Məmmədov və Qiyas İbrahimovun barəsindəki həbs qərarlarından apellyasiya şikayəti verilib

Source:


Bayram Məmmədov və Qiyas İbrahimovun barəsindəki həbs qərarlarından apellyasiya şikayəti verilib

Mayın 13-də Bayram Məmmədov və Qiyas İbrahimov Bakı İstintaq Təcridxanasına göndəriliblər.

Bu barədə onların vəkili Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.

Vəkil bildirib ki, 12 may məhkəmə iclasından sonra Bayram Məmmədov və Qiyas İbrahimovun yenidən işgəncəyə və qeyri-insani rəftara məruz qalmaları barədə məlumat alıb: Bazar ertəsi onlarla görüşüb məlumatı dəqiqləşdirəcəm”.

Vəkil onu da əlavə edib ki, Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinin kamera lentlərinin cinayət içinə əlavə edilməsi barədə Nərimanov rayon polis idarəsinə sorğu və istintaq orqanına vəsatət göndərib. Eyni zamanda, hər iki gəncin barəsindəki həbs qərarlarından apellyasiya şikayəti verib.

Ana səhifəXəbərlərGənclər Bakı İstintaq Təcridxanasına aparılıb