Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq
Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur.
Məlumatı AZAL-a istinadla Trend.az yayıb.
“Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq. Artıq bu səbəbdən Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir” – AZAL-ın mətbuat xidmətindən bildirilib.
Bakı-Gəncə-Bakı istiqamətində uçuşlar noyabrın 21-də dayandırılacaq.