Hər il Gəncəyə Prezidentin Ehtiyyat Fondundan vəsait ayrılsa da, qəsəbədaxili yolların təmiri aparılımayıb.
“Yolumuz pis gündədir. Marşrut işləmir”.
Kəmalə Bəşirova Gəncənin Məhsəti qəsəbəsinin sakinidir. Üç ildir burada yaşayır. Deyir ki, qəsəbənin problemləri bitmək bilmir.
“Artizanımıza baxın, birinin qapısına su gedir, birininkinə getmir. Bu zülümdəyik. Bizim bu hökümət nəyə baxır bilmirəm”
Bu ilin yanvar ayında Prezident İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan şəhər İcra Hakimiyyətinə 5 milyon manatın ayrılması barədə Sərəncam imzalayıb. 2012-ci ildə isə Gəncə şəhərinə ümumilikdə Prezidentin ehtiyat fondundan 14 milyon vəsait ayrılıb. Bu vəsait hesabına Gəncənin Məhsəti qəsəbəsinin inkişafı da nəzərdə tutulmuşdu. Lakin başqa bir qəsəbə sakini Kərəm Qəhrəmanlı bildirir ki, sadəcə mərkəzi yol təmir edilib, buranın nə daxili yolları, nə də su sistemi düzəlib:
“ Nə avtomobil geçə bilir, nə uşaq, nə böyük. Dəfələrlə burda özüm də piyada gedərkən yıxılmışam. Hələ bir az çəkilib. Görün neçə günün yağışıdır? Yağış yağanda bu yol pis günə düşür”.
Qəsəbənin vəziyyəti və Prezidentin Ehtiyat Fondundan hər il şəhər üçün ayrılan vəsaitin necə xərclənməsi haqda yaranan sualları şəhər İcra Hakimiyyətindən cavablandıran tapılmadı. İqtisadçı-ekspert Natiq Cəfərov isə Prezidentin Ehtiyat Fonundan hər il Azərbaycanın ikinci böyük şəhərinə vəsaitin ayrılmasını anormal sayır:
“Azərbaycan Prezidenti hər hasnı bir regiona səfər edir,qayıtdıqdan sonra fondundan 2-5 mln vəsait ayrılır. Bunun nə qədər olması ilə bağlı məlumat verilir. Ancaq bunun necə xərclənməsi ilə bağlı məlumat alamaq çox çətindir. Sadəcə bu sistemin və idarəetmənin üzünün qüsurlu olmasından o şəffaflığın da təmin olunmasına şərait yaradılmır. Dəfələrlə təkilf də olunub ki Azərbaycan Avropa Şurasına üzv olduqda regioaal inkişaf prinsipi götürüb. Amma Azərbaycan Avropa Şurasının yeganə ölkəsidir ki öhdəlikərini yerinə yetirmir. Bələdiyyələr yaradılmır. Birbaşa mer seçkiləri keçirilmir”.
Ekspert Prezident tərəfindən regionlara ayrılan pulları “konvert” adlandırır. O, Gəncədəki qəsəbələrin probleminin həllini ayrılan vəsaitlərdə yox, onların şəffaf xərclənməsində gördüyünü vurğulayır.