Gəncənin rayonları ləğv edildi

Gəncə şəhəri, MasyuraN/shutterstock

Prezident qanuna dəyişikliyi təsdiqləyib

Kəpəz və Nizami rayonları ləğv edilib.

Bu barədə Prezident İlham Əliyev aprelin 2-də İlham Əliyev “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Sənədə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb:

“Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib”.

“Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilib”,-deyə bildirilib.

Ana səhifəSiyasətGəncənin rayonları ləğv edildi