Gəncəli deputat dediklərinin təhrif olunduğunu iddia edir

“Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib”

Source:


“Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib”


Ancaq “YM” qəzetinin baş redaktoru Rauf Arifoğlu deputatın söylədiklərini təkzib edib.


“Müxbirin təqdim etdiyi yazı yoxlanıb, onun həqiqiliyini məhkəmədə sübut edə biləcək dəlillərə malikik, yazdıqlarımızın arxasındayıq, bunun əksini iddia edib, bizi yalanda suçlayanlar özləri yalançının təkidirlər”.


R.Arifoğlu onu da qeyd edib ki, bir məmura, hər hansı bir layihəyə görə milli dəyərlərdən, Azərbaycana dövlət quran kişilərin təhqir olunmasından vicdansızcasına keçənlər, buna susanlar  üstümüzə gəlsələr, peşman olacaqlar (moderator.az).

7News.az-ın məlumatına görə məsələyə münasibət bildirən YAP-çı deputat Naqif Həmzəyev bunun açıq qərəz olduğunu deyib: “Məqalə həmin dialoqun ruhuna tamamilə ziddir. Orada xanım jurnalistin təqdim etdiyi kimi təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib”.

Milli Məclisə mandat alan 32 yaşlı hakim partiya üzvü Naqif Həmzəyev Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqda təhqiramiz ifadələr işlədib.

Onun “Yeni Müsavat” qəzetinə müsahibəsi ictimaiyyətdə etirazla qarşılanıb. Müsavat Partiyası və M.Əmin Rəsulzadənin nəvəsi müvafiq orqanlara müraciət hazırladıqlarını bəyan ediblər.

Ana səhifəXəbərlərGəncəli deputat dediklərinin təhrif olunduğunu iddia edir