Binəqədi Rayon Məhkəməsi

Mənbə: google.az

Başlıq: Binəqədi Rayon Məhkəməsi

Gəncədə saxlanılanlara qarşı ittiham irəli sürülüb

Sabiq məmurlarla bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Gəncədə keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var. Bunlar Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncənin Nizami rayonun keçmiş icra başçısı Məharət Mustafayevdir. M.Mustafayev həm də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri olub.

“Saxlanılan şəxslər Bakıya – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gətirilib. Onlara qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət vermə), 34.312 (rüşvət verməyə təhrik) və 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisinin istintaq dövründə həbsdə qalmasına qərar verilməsi üçün məhkəməyə təqdimat verilib”, - Meydan TV-yə bildirilib.

Sabiq məmurlar haqqında həbs-qətimkan tədbirinin seçilməsi üçün prokurorluğun təqdimatına avqustun 24-də Binəqədi Rayon Məhkəməsində baxılacaq. Amma onların işinə ayrı-ayrılıqda baxılıb qərar veriləcək. Məhkəmə işlərindən birinə hakim Fərid Əmirəliyev, digərinə isə Vüqar Məmmədov sədrlik edəcək.

Dörd gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Kürdəmirdə də əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı, onun birinci müavini və icra hakimiyyətinin şöbə müdiri həbs olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o9ltda

Ən çox baxılan