Gəncədə qətl: Hadisənin 10 manata görə baş verdiyi bildirilir

Qətli törədən E.Məmmədovun həyat yoldaşı Gülnar Muradovanın adı isə “Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun cinayət işində keçirdi.

Foto: arxiv


İlkin məlumata görə, idmançının oğlu yuduğu maşının pulunu ödəməyib, mübahisə yaranıb

İyunun 17-də Gəncə şəhərində tanınmış idmançı İlqar Alıyevin oğlu Elnur Alıyev qətlə yetirilib. Hadisə "Miraj" çay evinin altında yerləşən avtoyuma məntəqəsində baş verib. İlkin məlumata görə, Elnur Alıyev 10 manata görə yaranmış mübahisə zəminində öldürülüb.

Bu barədə Meydan TV-ni məlumatlandıran yerli sakinlər iddia edir ki, avtoyuma məntəqəsinə müştəri kimi gələn Elnur Alıyev maşınını yuyan şəxsin pulunu kəsib. Bu zaman söhbətə həmin məntəqənin sahibi Emil Məmmədov qarışıb. Mübahisə Alıyevin ölümü ilə nəticələnib. Bildirilir ki, Emil Məmmədov əvvəllər RİYAD müfahafizə xidmətində işləyib. Son zamanlar isə həyat yoldaşı Gülnar Muradova ilə Gəncədə yerləşən “Miraj” çay evini, o cümlədən, məlum hadisə baş verən avtoyuma məntəqəsini işlədirmiş.

Qətli törədən E.Məmmədovun həyat yoldaşı Gülnar Muradovanın adı isə “Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun cinayət işində keçirdi. G.Muradova Bakı Şəhər Prokurorluğuna çağırılıraq A.Məmmədova qarşı ifadəsi alınmışdı. G.Muradova sonradan məhkəmədə baş redaktora qarşı şikayətinin olmadığını, ona qarşı ifadəni Gəncənin keçmiş polis rəisi Faiq Şabanovun təzyiqi ilə verdiyini etiraf edib.

Qadının sözlərinə görə, həyat yoldaşı şərlənərək saxlanılıb, özü Bakı Şəhər Prokurorluğuna gələrək “Criminal.az” saytında baş redaktor tərəfindən yalan məlumatlar, dövlət əleyhinə çağırışlar edilməsi məzmumunda ifadə verdikdən sonra E.Məmmədov sərbəst buraxılıb.

O, sərbəst buraxılandan 7 ay sonra Elnur Aliyevi qətlə yetirməkdə şübhəli bilinir.

Ana səhifəXəbərlərGəncədə qətl: Hadisənin 10 manata görə baş verdiyi bildirilir