Gəncədə Tasua yürüşünə xüsusi təyinatlılar və polis müdaxilə edib.
AzadXeber.az-ın əməkdaşının verdiyi məlumata görə, saxlanılanlar arasında çox sayda “Müsəlman Birliyi Hərəkatı”nın üzvü var.
Jurnalistə danışanlar Tasuaya edilən hücumun şərəf və ləyaqətlərinə edildiyini vurğulayaraq, səssiz qalmayacaqlarını bildiriblər.
Hazırda Gəncədə Şah Abbas, Şahsevən, Qazaxlar, Qırxılı, Fatimeyi Zəhra (s.ə) məscidlərinin ətrafında yüzlərcə polislər və daxil qoşunların əsgərləri tərəfindən nəzarətə alınıb. Məscidlərdə axşam namazlarının azanlarının verilməsinə icazə verilməyib.
İnanclılar basqıların birbaşa Gəncə şəhər icra başçısı Elmar Vəliyevin tapşırığı ilə edildiyini vurğulayırlar.