ADO

Mənbə: Meydan TV

Başlıq: ADO

Gəncədə ilk müstəqil teatr yaradılıb

Teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur

Gəncədə ilk müstəqil teatr təsis olunub.

Yeni yaranmış dAo teatrı 14 fevral 2021-ci il tarixində elan edilib.

Teatrın media kordinatoru Emina İsayevanın verdiyi məlumata görə, dAo Gəncə şəhərində yaranmış ilk müstəqil teatr - laboratoriyadır.

Teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur: “Fevral ayının əvvəli Gəncədə seçim turu olub və seçimə 30 nəfərdən çox insan qatılıb. Onlardan 11 nəfəri teatra seçilib”, - Emina İsayeva deyib.

Teatrın qurulması və birinci tamaşanın hazırlığı üçün, ilk müstəqil teatr olan ADO, Amerikanın Azərbaycandakı Səfirliyi və "Art Garden Gənjə" dəstəkçi olub.

Artıq ilk performansın hazırlıqlarına başlanılıb və nümayiş haqqında teatrın rəsmi səhifələrində məlumatlar yayılacaq.

Hər həftə Bakıdan gələn incəsənət nümayəndələri teatr heyətinin formalaşması üçün onlara plastika, danışıq, bədən məşqləri, rəqs hazırlıqları keçir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k3ysjs

Ən çox baxılan