Gəncədə ilk müstəqil teatr yaradılıb

Teatrın qurulması və birinci tamaşanın hazırlığı üçün, ilk müstəqil teatr olan ADO, Amerikanın Azərbaycandakı Səfirliyi və “Art Garden Gənjə” dəstəkçi olub.

Source: Specify Source


Teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur

Gəncədə ilk müstəqil teatr təsis olunub.

Yeni yaranmış dAo teatrı 14 fevral 2021-ci il tarixində elan edilib.

Teatrın media kordinatoru Emina İsayevanın verdiyi məlumata görə, dAo Gəncə şəhərində yaranmış ilk müstəqil teatr – laboratoriyadır.

Teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur: “Fevral ayının əvvəli Gəncədə seçim turu olub və seçimə 30 nəfərdən çox insan qatılıb. Onlardan 11 nəfəri teatra seçilib”, – Emina İsayeva deyib.

Teatrın qurulması və birinci tamaşanın hazırlığı üçün, ilk müstəqil teatr olan ADO, Amerikanın Azərbaycandakı Səfirliyi və "Art Garden Gənjə" dəstəkçi olub.

Artıq ilk performansın hazırlıqlarına başlanılıb və nümayiş haqqında teatrın rəsmi səhifələrində məlumatlar yayılacaq.

Hər həftə Bakıdan gələn incəsənət nümayəndələri teatr heyətinin formalaşması üçün onlara plastika, danışıq, bədən məşqləri, rəqs hazırlıqları keçir.

Ana səhifəMədəniyyətGəncədə ilk müstəqil teatr yaradılıb