Gəncədə Kamil Vətəndaş Maarifləndirmə Mərkəzinə üzv olan gənclərin bir qisminə təzyiqlər edilərək, YAP-a üzv etdirirlər , Partiyanın şəhər üzrə sədri isə yaranan sualları eşidib telefon zənglərinə “adboy” verir…
“Bu mənim özümə və nüfuzuma ziyan gətirən məlumatdır. Mənim heç bir üzvülüyüm yoxdur və mən QHT əməkdaşıyam”.
Şəffaflıq və Azərbaycan Təşkilatının Gəncə ofisinin Koordinatoru Sevinc Sersan qafqazinfo.az-saytında dərc olunmuş “Müxalifətdən üz döndərdilər” adlı yazıya münasibətini bildirir. Onun sözlərinə görə, məqalədə verilən şəkil Gəncədəki aktiv gənclərin inamının QHT-lərə qarşı zəifləməsinə səbəb ola bilər.
“O şəkil 9 dekabrda çəkilib. Hardasa bir neçə saat bundan əvvəl mənə bir yaxın adam zəng etdi ki, bəs “qafqazinfo.az”-da belə bir məlumat gedib ki mən YAP-a üzv keçmişəm. Şəkilimi görəndə çox hiddətləndim ki, bu mənə aid olmayan bir informasiyadır”.
Qafqazinfo.az-ın redaktoru:”O şəkli verməyə də bilərdik”
Qafqazinfonun baş redaktoru Elbrus Ərud da saytda gedən məlumata və verilən şəkilə aydınlıq gətirərkən bildirdi ki, həmin görüntünü verməmək də olardı:
“Kiminsə haqında informasiya yayanda onun kollektivdə olan şəklindən istifadə edilir. Gördüyünüz kimi informasiyada heç bir qaralıq məqam yoxdur. Adı familyası bəlli olan şəxslər bəyanat veriblər. O da mediada yayılıb. Biz onu işıqlandırmışıq. Yeganə narahatçılıq doğuran o şəkil olub. Hansı ki o informasiyaya qoyulan şəkil. O bəyaanı verənlərin şəkilləri digər uşaqlarla birlikdə veriblər. Orda kimin ki əlavəşəkilli olub, onlar redaksiya ilə əlaqə saxlayıb və bildiriblər ki, biz heç bir partiyanın üzvü deyilik. Biz o şəkli dəyişib yeni azərbaycan partiyasının loqounu qoymuşuq”.
Gəncədə Kamil Vətəndaş Maarifləndirmə Mərkəzinə üzv olan gənclərə qarşı təzyiqlərə başlanıb
Hazırda saytda gedən məlumatın şəkli dəyişdirlsə də, verilən məlumat ictimayyətdə müəyyən çaşqınlığa səbəb olub. Gəncədə Həsən Hüseynlinin rəhbərlik etdiyi “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzinə üzv olan gənclərin sıxışdırılması ilə bağlı məlumatlar yayılır. Elə bəyanat yazaraq YAP-a keçən gənclərə qarşı facebookda barışmaz mövqe sərgiləyən fəallar da bunun səbəbini onların sıxışdırılmasında gördüklərini deyirlər. Real hərəkatının üzvü Erkin Qədirli də seçim edən gənclərə haqq qazandırmadığını bildirir və bunun acısını tezliklə görəcəklərini yazır.
Gəncə şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri məsələ ilə bağlı telefon zənglərinə “adboy” verirlər
Gəncədən adlarının açıqlanmasını istəməyən bir neçə tələbə facebook vasitəsilə bizimlə əlaqə saxlayaraq bildirdilər ki, valideynləri oxuduqları ali məktəblərə çağrılır. Buna səbəb onlardan övladlarının Kamil Vətəndaş Maarifləndirmə Mərkəzindən uzaqlaqlaşmalarını tələb etməkdir. Məsələyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Mikayıl Zeynalovun və YAP-ın Gəncə şəhər üzrə sədri Naqif Həmzəyevin münasibətini öyrənməyə çalışdıq. Lakinin yaranan suallar hər iki şəxs tərərfindən eyni qarşılanaraq cavablandırılmadı. Belə ki, sualları eşidən kimi, həm Naqif Həmzəyev, həm də Mikayıl Zeynalov telefonun dəstəyini asırlar.