Yeni icra başçısı Mingəçevirdən gətirildi
Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla
Elmar Vəliyev
Gəncə şəhər icra başçısı vəzifəsindən azad olunub.
Prezidentin rəsmi saytınının yaydığı məlumata əsasən, dövlət başçısının digər sərəncamı ilə
Niyazi Bayramo
v Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin edib.
Buna qədər N.Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Eyni zamanda, prezidentin sərəncamı ilə
Vaqif Həsənov
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Vaqif Həsənov bundan əvvəl Bakının Xəzər Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini idi.
İbrahim Mustafayev
isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
İyulun 3-də
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinərək, həbs edilib.
Elmar Vəliyev isə, yaxınlarının verdiyi məlumata əsasən, İsrailə müalicəyə aparılıb.
İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirilib.
Yeni icra başçısı təyin olunan Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb.
1995-1997-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini işləyib.
O, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi vəzifələrində çalışıb.
Niyazi Bayramov 2012-ci il də Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.