Gəncə şəhəri atəşə tutulub, ölən və yaralananlar var

Azərbaycan Müdafi Nazirliyi Gəncədəki hərbi obyektlərin vurulması xəbərini təkzib edir

Source: Meydan Tv


Azərbaycan Müdafi Nazirliyi Gəncədəki hərbi obyektlərin vurulması xəbərini təkzib edir

Ermənistan tərəfdən atılan mərmilər nəticəsində Gəncədə 4 mülki şəxsin yaralandığı, 1 nəfərin isə öldüyü bildirilir. Məlumatı Azərbaycan Dövlət Televiziyası (AzTV) yayıb. Hadisə oktyabrın 4-də səhər saatlatında baş verib.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Gəncənin hədəfə alınmasını belə qiymətləndirib:

“Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”.

Ermənistan mətbuatı Gəncə şəhərindəki hərbi obyektləri vurduqları haqda məlumat yaylb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbəri təkzib edib.

Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəfin məlumatı təxribat xarakteri daşıyır və yalandır:

“Açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib”.

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin, eyni zamanda, Tərtər, Füzuli rayonunun Horadiz qəsəbəsini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutulduğunu təsdiqləyib.

Prezidentin köməkçisi bildirib ki, yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılıb. Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar var.

“Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirilir. Azərbaycan Respublikası silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür”.

Ana səhifəXəbərlərGəncə şəhəri atəşə tutulub, ölən və yaralananlar var