Gəncə sakini həyat yoldaşlarını öldürməkdə təqsirləndirildi

Baş Prokurorluğun məlumatına görə, şübhəli şəxs 9 il əvvəl törətdiyi cinayəti də etiraf edib

Source:


Baş Prokurorluğun məlumatına görə, şübhəli şəxs 9 il əvvəl törətdiyi cinayəti də etiraf edib

Gəncə şəhər sakini Esmira Bağban qızı Əliyevanın qətlində şübhəli bilinən həyat yoldaşı başqa bir cinayət əməlində də suçlandırılır.

Baş Prokurorluq bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Gəncə şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2006-cı ildə törədilmiş qətlin açılması təmin edilib.

Belə ki, şəhər prokurorluğunda Gəncə şəhər sakini Esmira Bağban qızı Əliyevanın 2014-cü ilin oktyabr ayının sonlarında qəsdən öldürülməsi faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaqa cəlb edilən Vidalət Təbriz oğlu İsmayılov təqsirləndirilən şəxs qismində dindirilərkən 31 may 2006-cı il tarixdə Gəncə şəhərində yaşadığı evdə keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Arif qızı Əsgərovanı qəsdən öldürərək həmin ünvanda torpağa basdırdığını etiraf edib.

Onun məlumatı əsasında fevralın 18-də Gəncə şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə göstərdiyi yer qazılaraq oradan parçaya bükülmüş vəziyyətdə insan meyiti aşkar edilərək çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təqdim edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Ana səhifəXəbərlərGəncə sakini həyat yoldaşlarını öldürməkdə təqsirləndirildi