Fuad Səmədovun radikal diniyönümlü qrupun üzvü olduğu deyilir
Gəncədə keçirilən aksiyanın təşkilatçılarından biri kimi təqdim edilən Fuad Tofiq oğlu Səmədov öldürülüb.
Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı
məlumat
a görə, Fuad Səmədov radikal diniyönümlü qrupun fəal üzvlərindən biri olub. İyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Fuad Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.
Bu, Gəncədə keçirilən aksiya ilə bağlı öldürülən 4-cü adamdır.
İyulun 10-da
, saat 20 radələrində Gəncənin mərkəzində etiraz aksiyasına çıxan bir qrup şəxslə polis arasında qarşıdurmanın baş verdiyi deyilir. Nəticədə 2 polis zabiti qətlə yetirilib.