Gəncə hadisələrində günahlandırılanlar saxlanılıb

Saxlanılan şəxslər icra başçısına sui-qəsddə günahlandırılırlar

Source:
Gəncə
Gəncə


Saxlanılan şəxslər icra başçısına sui-qəsddə günahlandırılırlar

Gəncə şəhərində baş verən hadisələrdə günahlandırılan daha iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsddə iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.

Akif İsmayıl oğlu Əliyev – 1966-cı ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları hesab edilən Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu da həbs edilib. Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıb.


İyulun 3-də

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vax tiki polis zabiti qətlə yetirilib.

Ana səhifəXəbərlərGəncə hadisələrində günahlandırılanlar saxlanılıb