Gəncə hadisələri ilə bağlı kütləvi həbslər

10 iyul aksiyasına görə 22 nəfərin saxlanıldığı deyilir

Source:
Gəncə, polislərin dəfni
Gəncə, polislərin dəfni


10 iyul aksiyasına görə 22 nəfərin saxlanıldığı deyilir

Gəncə hadisələri ilə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

Məlumatı “

Azərtac”

hüquq mühafizə orqanlarına istinadən yayıb. Bildirilir ki, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. Səkkiz nəfər barəsində isə axtarış elan edilib.


İyulun 3-də

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirilib.

Ana səhifəXəbərlərGəncə hadisələri ilə bağlı kütləvi həbslər