Gəncə-Bakı qatarı 1 aylıq dayandırıldı

”Müştəri sayı az, iqtisadi səmərəlilik yox idi”

Source:
foto sosial şəbəkə


”Müştəri sayı az, iqtisadi səmərəlilik yox idi”

Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkəti bir ay müddətinə dayandırılır.

Məlumatı AzadlıqRadiosuna “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər.

Deyiblər ki, bir sıra səbəblərdən irəli gələrək 608/607 saylı Bakı- Gəncə-Bakı ekspress qatarının dayandırılmasına qərar verilib:

“Birinci, müştəri sayı az, iqtisadi səmərəlilik yox idi. Digər tərəfdən isə yolda təmirlə bağlı gecikmələr olurdu. Bütün bunlar nəzərə alınaraq qərar verildi”.

Mətbuat xidmətindən bildiriblər ki, Bakı-Gəncə ekspress qatarı aprelin 7-dən, əks istiqamətə isə aprelin 8-dən dayandırılır.

Bakı-Gəncə-Bakı ekspress qatarı 2011-ci ilin dekabrından fəaliyyətə başlamışdı.

Bakı-Gəncə-Bakı qatarında qiymət 17 manata yaxındır. Bura Əlavə Dəyər Vergisi (ƏDV), yataq dəsti xərcləri və komisyon yığımı əlavə edilir.

Aprelin 1-dən Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb.

Dəyişiklikdən öncə Bakıdan Tbilisiyə kimi gediş haqqı yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda 30,16 manat, kupe vaqonda 44,50 manatvə SV vaqonda 83,77 manat olub.

Dəyişiklikdən sonra isə gediş haqları plaskart vaqonda 24,54, kupe vaqonda 35,32 və SV vaqonda 58.43 manat olub.

Ana səhifəXəbərlərGəncə-Bakı qatarı 1 aylıq dayandırıldı