Gəncəyə atılan raket nəticəsində evi dağılan sakin Xəyyam Eyyubov qucağında körpəsilə birlikdə Azərbaycan bayrağına sarılıb.

Mənbə: TASS, Valeri Şarifulin

Başlıq: Gəncəyə atılan raket nəticəsində evi dağılan sakin Xəyyam Eyyubov qucağında körpəsilə birlikdə Azərbaycan bayrağına sarılıb.

Gəncə atəşə tutuldu, yaralılar arasında körpə də var

Məqalə yeniləndi:  7 Oktyabr 2020

Gəncə şəhəri bu gün saat 10 radələrindən Ermənistan ərazisindən atəşə tutulub

10 aylıq uşaq əməliyyat olunub

Oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri yenə Gəncəni ağır artilleriyadan atəşə tutub. Yaralananlar içərisində 10 aylıq körpə də var.

“Report”a danışan körpənin atası Xəyyam Eyyubov sözlərinə görə, hadisə baş verən zaman o evdə olmayıb:

“Gəldim ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.

Hadisə zamanı evdən yaralı körpəsini çıxaran Xəyyam Eyyubov dağıntılar arasında qalan bayrağı da götürməyi unutmayıb.

Qucağında yaralı 10 aylıq körpə, başının üzərində isə Azərbaycan Bayrağı olan Xəyyam Eyyubovun hadisə yerindən çıxıb xəstəxanaya qaçarkən çəkilən fotosu dünyanın gündəminə çevrilib. Günün fotosu olub.

Oktyabrın 5-də Ermənistan silahlı qüvvələri Ağcəbədi və Beyləqan şəhərlərini də atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyi yaralıların olduğu açıqlamasını vermişdi. Bərdə şəhərinə düşən mərmi nəticəsində 1 nəfər həyatını itirib, yaralananlar var.

Gəncəyə mərmilərin düşməsi anı görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 4-də isə Azərbaycanın Mingəçevir şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxıldığı bildirib. İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.

"Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Nazirlik deyir ki, Ermənistandan Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir. Gəncəyə atılan artilleriyanın Ermənistandan yox, Qarabağ ərazisindən atıldığını deyir.

Azərbaycanın Baş Prokurorluğu 27 sentyabrdan başlanan hərbi əməliyyatlarda 25 mülki şəxsin həlak olduğunu, 127 nəfərin yaralandığını bildirib.

"56 mülki obyekt və 313 yaşayış evi yarasız hala düşüb”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/b46e4n

Ən çox baxılan