Gənc yazar Azərbaycan Yazıçılar Birliyindən çıxarılıb

Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Böyükçöl dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini dayandırmayıb

Source:


Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Böyükçöl dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini dayandırmayıb

Azərbaycan Yazıçılar Birliyi (AYB) Katibliyinin növbəti toplantısı keçirilib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, toplantıda gənc yazıçı Kəramət Böyükçölün AYB üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Qərarda deyilir: “Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə, AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılsın”.

Ötən həftə AYB-nin katibi Rəşad Məcidin rəhbərlik etdiyi “525-ci qəzet” Kəramət Böyükçöl və onun çalışdığı media qurumunun rəhbəri Aynur Camalı tənqid edən məqalə dərc etmişdi. Bundan sonra gənc yazar da cavab yazmışdı

Ana səhifəXəbərlərGənc yazar Azərbaycan Yazıçılar Birliyindən çıxarılıb