Aİ: Pis rəftar və işgəncə barədə iddialar diqqətlə araşdırılmalıdır
Avropa İttifaqı Xarici İşlər Xidməti (European Union External Action) Qiyas İbrahimov və Bayram Məmmədovun həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov barəsində çıxarılmış sərt məhkəmə qərarı ilə fəalların 10 il müddətinə azadlıqdan məhrum edilməsi və onlarla saxlanma zamanı pis rəftar edilməsinə dair iddialar xüsusilə narahatlıq doğurur.
“Avropa İttifaqı onların işini yaxından izləyirdi. Dünənki dinləmə də daxil olmaqla hər ikisinin məhkəməsində iştirak etmişdi”, – deyə sənəddə bildirilir.
Onların heç bir əvvəlllər məhkum olunmayıb və onlar siyasi qraffiti aksiyasının ardınca həbs ediliblər. Onlar qraffitini yazdıqlarını etiraf ediblər. Lakin onların hər ikisi məhkum edildikləri narkotik maddə ittihamını rədd edir.
Avropa İttifaqı Azərbaycan hakimiyyətindən bu işə ədalətli və şəffaf şəkildə, habelə ölkənin beynəlxalq öhdəliklərinə ehtiram ruhunda baxılmasını gözləyir:
“Pis rəftar və işgəncə barədə iddialar diqqətlə, müstəqil və səmərəli şəkildə araşdırılmalıdır”, – deyə Aİ-nin bəyanatında qeyd edilir.