İş üzrə hazırlıq iclası noyabrın 1-nə təyin olunub
NİDA fəalı Bayram Məmmədov barəsində cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar Mikayılovun icraatına verilib.
Bu barədə məlumatı Bayram Məmmədovun vəkili Elçin Sadıqov yayıb. İş üzrə hazırlıq iclası noyabrın 1-nə təyin olunub.
Qiyas İbrahimov və Bayram Məmmədov böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Özləri bildirirlər ki, həbsin əsl səbəbi Heydər Əliyevin abidəsinin üzərinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” şüarları yazmalarıdır. İbrahimov barəsində iş məhkəmə istintaqındadır. Prokuror onu 9 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib.
Amnesty International gəncləri “vicdan məhbusu” kimi tanıyıb.