Gənc fəalın işi ilə bağlı istintaq aparılmır

“Fuad Əhmədlinin səhhətində problemlər var, ciddi müalicə alması gərəkdir”

Source:


“Fuad Əhmədlinin səhhətində problemlər var, ciddi müalicə alması gərəkdir”.

Bunu həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin vəkili Əshabəli Mustafayev “Facebook”da yazıb. O, sentyabrın 29-da F.Əhmədli ilə görüşüb.

Vəkil bildirir ki, F.Əhmədlinin həbsindən ay yarıma qədər vaxt keçməsinə baxmayaraq, hər hansı istintaq hərəkəti aparılmır: “Həbsdən sonrakı ilk iki günü istisna etsək, indiyə kimi heç bir istintaq hərəkəti aparılmayıb”.

Fuad Əhmədli bu il avqustun 18-də saxlanıb. O, Cinayət Məcəlləsinin 302.1-ci (axtarış-əməliyyat tədbirlərini pozmaq) və 308-2-ci (səlahiyyət həddini aşmaq) maddəsi ilə ittiham edilir. F.Əhmədli “Aztelekom”da operator vəzifəsində çalışıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Üstəlik, istintaq orqanlarının iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fethullah Gülen-in əsərləri tapılıb. Vəkil isə bütün ittihamları rədd edir. AXCP-nin yaydığı bəyanatda bildirilirdi ki, hakimiyyət Fethullah Gülen amilindən öz rəqiblərini vurmaqdan ötrü istifadə edir.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in özü də Türkiyədə dövlət çevrilişini himayə etməsi ilə bağlı iddiaları yalanlayıb.

Ana səhifəXəbərlərGənc fəalın işi ilə bağlı istintaq aparılmır