Mayın 7-də AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədov oğlu ilə görüşmək üçün növbəti dəfə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olub. Oğlunun hansı səbəbdən saxlanıldığını bilməyən Zəfər Əhmədov hadisənin belə baş verdiyini deyir.
Oglunu axtarmaq üçün bütün hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyən atanın sözlərinə görə, aprelin 30-u Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında olarkən, təsadüfən oğlunun maşınla harasa aparıldığını görüb.
Zəfər Əhmədov mayın 7-də də oğlunu görə bilməyib.
DİN-in mətbuat xidməti zənglərə cavab verməyib. Məlum idarənin rəisi isə Meydan Tv-yə bildirib ki, gənc fəal inzibati xəta törətdiyi üçün idarədə saxlanılır.