Gənc fəala 10 sutka həbs verildi

Yanvarın 9-da AXCP fəalı Nicat Nizamov saxlanaraq Suraxanı rayon 30-cu polis bölməsinə aparılıb

Source:
Nicat Nizamov məhkəmədən çıxarılarkən
Nicat Nizamov məhkəmədən çıxarılarkən


Yanvarın 9-da AXCP fəalı Nicat Nizamov saxlanaraq Suraxanı rayon 30-cu polis bölməsinə aparılıb

O, bu gün səhər Suraxanı rayon məhkəməsinə göndərilib. Suraxanı rayon məhkəməsi Nicat Nizamov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsini əsas tutaraq 10 sutka inzibati həbs cəzası verib.

Bu barədə məlumatı AXCP sədrinin müavini Gözəl Bayramlı yayıb. Gözəl Bayramlı gənc fəalın saxlanma səbəbinin “Nardaran işi” üzrə məhkəmə prosesi haqda yazılar dərc etməsi, hakimiyyəti tənqid etməsi olduğunu deyir.

Hazırda bu partiyanın 10-dan çox üzvü həbsdədir. AXCP onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Ana səhifəXəbərlərGənc fəala 10 sutka həbs verildi