Böyrək çatışmazlığından əziyyət çəkən gənc İranda dünyasını dəyişib
Aprelin 15-də böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən gənc fəal Vüqar Feyzulla İranda vəfat edib.
Bu barədə məlumat Facebook-da mərhumun dostları tərəfindən yayılıb. Bildirildiyinə görə, həkimlər 4 il yarım bundan əvvəl onda çox nadir hallarda rast gəlinən “vecener vaskulit” virusu aşkarlayıblar. Virus uzun müddət əvvəl yaransa da, Vüqar Feyzulla bundan yalnız 24 yaşında xəbər tutub.
Gənc fəalın müalicəsi üçün dostları müxtəlif kampaniyalar keçirərək, onun qismən yaxşılaşması üçün lazım olan pulu toplayıblar. Lakin Vüqar Feyzullanı xilas etmək mümkün olmayıb.