Gənc fəal və atası məhkəmə qarşısına çıxdı

Noyabrın 23-də Yasamal Rayon Məhkəməsində həbsdə olan NİDA-çı Qiyas İbrahimovun və atası Həsən İbrahimovun məhkəmə prosesi keçirilib

Source:

Noyabrın 23-də Yasamal Rayon Məhkəməsində həbsdə olan NİDA-çı Qiyas İbrahimovun və atası Həsən İbrahimovun məhkəmə prosesi keçirilib. Vəkil Elçin Sadıqov bildirir ki, məhkəmədə 6 nəfər şahid qismində ifadə verib.

Elçin Sadıqov: “Həmin altı nəfərdən üçü konvoy, digərləri isə məhkəmə nəzarətçiləri idi. Onların ifadələrində xeyli ziddiyyətlər yarandı. Hakim də yönəldici suallar verirdi. Eyni zamanda istintaq dövründə dindirilən üç hakim bu gün gəlməmişdi. Məhkəmə prosesi həmin hakimlərin gəlməsi üçün təxirə salındı”.

Gənc fəal və atası CM-nin 289.2, yəni məhkəməyə hörmətsizlik maddəsi ilə ittiham olunurlar. Onun oğlunun məhkəməsində “balalarınızın qarşısına çıxacaq” ifadəsini məhkəmə təhqir kimi qiymətlənidirib.

Gənc fəal 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazılandan sonra həbs edilib. Ona və digər NİDA üzvü Bayram Məmmədova qarşı narkotik ittihamı verilib və hər ikidi 10 il azadlıqdan məhrum edilib. “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı hər iki gənci “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərGənc fəal və atası məhkəmə qarşısına çıxdı