Gənc fəal Qiyas İbrahimov 4 aylıq həbs edildi

”Məndən heykəldən üzr istəməyi tələb etdilər”

Source:
Qiyas İbrahimov
Qiyas İbrahimov


”Məndən heykəldən üzr istəməyi tələb etdilər”

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəal Qiyas İbrahimov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O və digər ictimai fəal Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) ittiham olunurlar.

Qiyas İbrahimov məhkəmədə işgəncəyə məruz qaldığını deyib. Bildirib ki, ondan heykəldən üzr istəməsi tələb olunub.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Hər iki gənc fəalın sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı ehtimal edilir.

Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.

Ana səhifəXəbərlərGənc fəal Qiyas İbrahimov 4 aylıq həbs edildi