Gənc fəal polisə müqavimətdə təqsirləndirilir

Vüsal Tağızadə 15 sutka həbs cəzası aldı

Source:
Vüsal Tağızadə, foto: sosial şəbəkə
Vüsal Tağızadə, foto: sosial şəbəkə

Vüsal Tağızadə 15 sutka həbs cəzası aldı

Gənc fəal Vüsal Tağızadə sentyabrın 15-də Binəqədi rayonunun 4-cü polis bölməsinə çağırılıb. Bu barədə məlumatı fəalın özü “Facebook” səhifəsinə yazıb.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, bir gecə orada saxlayandan sonra sentyabrın 16-da polisə müqavimət göstərməkdə təqsirləndirilərək, 15 sutka azadlıqdan məhrum edilib. Hazırda o, Binəqədi saxlanma təcridxanasındadır.

Ana səhifəXəbərlərGənc fəal polisə müqavimətdə təqsirləndirilir