Gənc fəal iddia edir ki, polis onun ailəsini həbs edib

DİN-in mətbuat xidmətindən bu iddianı uydurma hesab ediblər

Source:


DİN-in mətbuat xidmətindən bu iddianı uydurma hesab ediblər

Mühacirətdə olan gənc fəal Rəsul Mürsəlov iddia edir ki, bu gün onun ailəsinin bütün üzvləri həbs edilib və Zaqatala rayon polis bölməsinə aparılıb. Bu barədə fəal öz facebook səhifəsində yazıb.

Buna mayın 22-də sosial şəbəkədə “Yanan olimpiadaya YOX deyək!” çağırışı ilə səhifə yaratması və Azərbaycan vətəndaşlarını mayın 31-də Avropa Oyunlarına etiraz mitinqi keçirməyə çağırışı səbəb olub.

Ailə üzvləri polis bölməsinə aparıldıqdan sonra Mürsəlovdan yaratdığı səhifəni silməyi tələb ediblər. O, bunu etdikdən sonra ondan facebook səhifəsini bağlamağı tələb ediblər.

O, polisin tələblərini yerinə yetirsə də, 5 yaşlı uşaq da daxil olmaqla, ailə sərbəst buraxılmayıb, deyə fəal iddia edir.

DİN-in mətbuat xidmətindən bu iddianı “Turan İA”-a şərh edərkən bildiriblər ki, bütün bu iddialar uydurmadır və həqiqətə uyğun deyil.

Ana səhifəXəbərlərGənc fəal iddia edir ki, polis onun ailəsini həbs edib