Gənc fəal barəsindəki qərardan apellyasiya şikayəti verilib

Vəkil: “Şikayətdə işə məhkəmə istintaqı aparılmaqla baxılmasını tələb etmişəm”

Source:


Vəkil: “Şikayətdə işə məhkəmə istintaqı aparılmaqla baxılmasını tələb etmişəm”

Gənc fəal Bayram Məmmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilib. Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb.

Vəkil bildirib ki, apellyasiya şikayətində işə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını tələb edib:

“Bundan əlavə, Bayram Məmmədovun insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 3,5,6,8,10,13 və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozulmasının tanınmasını istəmişik. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmünün ləğv edilərək, Bayram Məmmədova bəraət verilməsini tələb etmişik”.

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” şüarını yazıldıqdan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərGənc fəal barəsindəki qərardan apellyasiya şikayəti verilib