5 nəfər yaralanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin işçilərini daşıyan qayıq qəzaya uğrayıb. Nəticədə 5 nəfər yaralanıb. Hadisə iyunun 28-də saat 13.50 radələrində baş verib.
Məlumatı SOCAR yayıb.
Bildirilir ki, Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib:
“Nəticədə 34 saylı meydançanın ayağına toxunub. Qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb”.