Vergi amnistiyası, ya gəlir bəyannaməsi?
Azərbaycanda növbəti ilin yanvarından gəlirini könüllü açıqlayanlar və vergisini ödəyənlər məsuliyyətdən azad olunacaq. Bu haqda “Trend” informasiya agentliyinə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.
Bəzi iqtisadçılar bunu “vergi amnistiyası” kimi dəyərləndirir, bəziləri gəlirlərin bəyannaməsi kimi.
Nazirlik rəsmisi bu haqda detallı bilgi açıqlamayıb. O, bircə bunları deyib:
“Amnistiya gəlirlərini könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olan vergi ödəyicilərinin məsuliyyətdən azad edilməsini nəzərdə tutur”.