“Əgər Arzu yaralansaydı xəbərimiz olardı”
“İki gün əvvəl görüşmüşük, hər şey yaxşı idi. Ailəsi ilə daim əlaqədəyik. Əgər Arzu yaralansaydı xəbərimiz olardı”. Bu sözləri “Azerlife” əməkdaşına Arzu Qəhrəmanovun qardaşının həyat yoldaşı deyib.
DİN-in mətbuat xidmətinin məlumatına görə, “Kamil Vətəndaş” təşkilatının rəhbəri Həsən Hüseynli Arzu Qəhrəmanovu bıçaqla yaralayıb.
Zərərçəkən şəxs qismində təqdim edilən Arzu Qəhrəmanovun qeydiyyatda olduğu üvana gedən müxbirin verdiyi məlumata görə, həmin ünvanda onun rəhmətə getmiş qardaşının ailəsi yaşayır. Mərhum qardaşının həyat yoldaşı “Azerlife” əməkdaşına hadisədən xəbərsiz olduğunu deyib. Qohumunun verdiyi məlumata görə, Arzu Qəhrəmanov ailəlidir, iki övladı var və Gəncə dəmiryolu vağzalında çalışır. Ancaq sözügedən qurumdan onun haqqında heç bir məlumat almaq mümkün olmayıb.