”Gələn ilin büdcəsində neftin birbaşa çəkisi elan edildiyindən çox ola bilər”

Rövşən Ağayev: ”2018-ci ildə toplanacaq mənfəət vergisinin cəmi 33.4 faizi yerli müəssisələrdən alınacaq”

Source:


Rövşən Ağayev: ”2018-ci ildə toplanacaq mənfəət vergisinin cəmi 33.4 faizi yerli müəssisələrdən alınacaq”

“2018-ci ildə Vergilər Nazirliyi vasitəsilə toplanacaq mənfəət vergisinin cəmi 33.4 faizinin (776.7 milyon manat) yerli (rezident) müəssisələrdən alınması nəzərdə tutulur”.

İqtisadçı Rövşən Ağayev belə deyir.

Rövşən Ağayev Azərbaycanda iqtisadiyyat sahəsinə şərh verən müstəqil ekspertdir.

İqtisadçı bildirir ki, həmin 776.7 milyon manatın da 236 milyon manatı SOCAR-ın öhdəliyidir. Məbləğin cəmi 550 milyon manatı qeyri-neft sektorunda çalışan yerli hüquqi şəxslərindir:

“Neft sazişləri çərçivəsində çalışan podaratçı və subpodartçı şirkətlər üçün ümumikdə 844 milyon manat mənfəət vergisi öhdəliyi proqnozlaşdırılıb. Eyni zamanda, qeyri-neft sektorunda çalışan xarici müəssisələr üçün 399.4 milyon manat mənfəət vergisi ödəmək öhdəliyi müəyyənləşdirilib”.

Rövşən Ağayev deyir ki, burada başqa maraqlı bir detal da neft sazişləri çərçivəsində çalışan podaratçı və subpodartçı şirkətlərin əmək haqqına görə 329.6 milyon manat, neft sazişləri çərçivəsində çalışan subpodartçı şirkətlərin mənfəət vergisinə 343.9 milyon mənfəət vergisi, həmçinin SOCAR-ın əmək haqqına görə vergisinin (son illərdə 100 milyon manat ətrafında olub) neft sektorunun vergi ödənişlərinə daxil edilməməsidir:

“Reallıqda neft sektorunda formalaşan 800 milyon manata yaxın olan vergi məbləğləri nəzərə alınsa, gələn il neftin büdcədə birbaşa çəkisi rəsmi elan edildiyi kimi 55.3 faiz deyil, azı 60 faiz təşkil edəcək”.

Rövşən Ağayev

Rövşən Ağayev açıqlamanı Maliyyə Nazirliyinin yaydığı təqdimat və dərc olunmuş qanun layihəsindəki büdcə məlumatları əsasında verdiyini söyləyir.

İqtisadçı Meydan TV-yə verdiyi geniş

müsahibəsində

bildirmişdi ki, yayılan məlumatlar əsasında dərin büdcə təhlili aparmaq mümkün deyil. Söhbət peşəkar büdcə təhlilindən gedirsə, son təyinat xərcləri, xərclərin iqtisadi strukturu, funksional təsnifatın paraqrafları səviyyəsində daha detallı məlumatlar qanunverici orqana göndərilən büdcə zərfində olur. Əldə olan göstəricilər isə sadəcə hökumətin büdcə prioritetləri, növbəti ildə gözlənilən büdcə trendləri ilə bağlı ilkin təəssürat formalaşdırmaq üçün yetərlidir. Bu da makroiqtisadi proseslərə büdcə siyasətinin təsiri haqda müəyyən qənaətlər yaradır.

Noyabrda Milli Məclis 2018-ci ilin büdcə zərfini müzakirəyə çıxaracaq. Odur ki, son iki həftədir büdcəylə bağlı rəsmi məlumatlar medianın gündəmindədir.

Dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat səviyyəsində proqnozlaşdılırır. Neftin ixrac qiyməti dövlət büdcəsində 45 dollar səviyyəsində müəyyən edilib.

Ana səhifəXəbərlər”Gələn ilin büdcəsində neftin birbaşa çəkisi elan edildiyindən çox ola bilər”