Gələn ilin büdcə daxilolmaları və əsas xərcləri

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,2 daiz həcmində olmaqla 3,9 milyard manat nəzərdə tutulur.

Source: Specify Source


Büdcəyə Dövlət Neft Fondundan 12,2 milyard manat məbləğində transfert nəzərdə tutulur

Gələn il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fonduna 475 000 000 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 157,8 milyon manat məbləğində nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 4,3 faiz çoxdur.

Ünvanlı sosial yardımın maliyyə təminatı üçünsə gələn ilin dövlət büdcəsindən 257,7 milyon manat ayrılacaq.

Dövlət Sosial Müdafiəsi Fondunun dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon manat məbləğində proqnozlaşdırılır. DSMF-ə büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 631,5 milyon manat ayrılıb. Bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.

2021-ci ilin dövlət büdcəsindən büdcə və qeyri-büdcə təşkilatları tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1 milyard 195,3 mln. manat vəsait proqnozlaşdırılır.

d43a4191-20dd-4708-a9f5-11dfb6d4bc73_640.jpg
Dövlət Sosial Müdafiəsi Fondu



Beynəlxalq münasibətlər və diplomatik korpus

Büdcədən beynəlxalq münasibətlər üçün 274,3 milyon manat vəsait ayrılacaq:

18,5 milyon manat – beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq (üzvlük haqqı) xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar)

7,5 milyon manat – beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq üzrə xərclərinə

135,3 milyon manat – Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanması xərclərinə

7 milyon manat – digər beynəlxalq fəaliyyətlə bağlı xərclərə

10 milyon manat – Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə

96 milyon manat – beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərə yönələcək.

406236227.jpg
XİN


Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarına 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində – 6 milyard 678,6 milyon manat vəsait nəzərdə tutulur. Bu, 2020-ci illə müqayisədə 2,5 faiz-bənd çoxdur:

– müdafiə qüvvələri 1 934 288 659

– milli təhlükəsizlik 260 612 183

– sərhəd xidməti 281 620 334

– müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 3 901 203

– müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər 2 105 384 259,0

– məhkəmə hakimiyyəti 109 960 320,0

– hüquq mühafizə 1 580 697 336,0

– prokurorluq 99 523 233,0

– hüquqi yardım 4 539 200,0

– məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər 298 107 192

16078521973783526768_1000x669.jpg
DTX və MN


Dövlət Neft Fondundan 12,2 milyard manat transfertlər

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12,2 milyard manat məbləğində nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədə, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 835,7 milyon manat və ya 7,4 faiz çoxdur.

Gələn il üzrə proqnozlaşdırılan Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 776 mln. manatı neft sektorunun, 45,8 faizi və ya 11 651 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Neft sektorunun gəlirləri 214 milyon manat və ya 1,5 faiz az, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 517 milyon manat və ya 15 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə neft sektorunun gəlirləri 171,4 milyon manat və ya 1,3 faiz, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 037,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 88,6 faizi və ya 12 200 mln. manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11,4 faizi və ya 1 576 mln. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

2021-ci ildə Azərbaycanda sair daxilolmalar üzrə dövlət büdcəsində 236 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 144 milyon manat və yaxud 2,6 dəfə azdır.

Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,2 daiz həcmində olmaqla 3,9 milyard manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 70 milyon manat və ya 1,8 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 508,6 milyon manat və ya 11,5 faiz azdır.

Dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar 44,8 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 39,8 milyon manat və ya 9,1 dəfə çoxdur.

Büdcə zərfinə daxil olan layihələr Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Büdcə zərfinə "2021-ci il dövlət büdcəsi haqqında”, "2021-ci il üçün yaşayış minimumu haqqında”, "2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi
Ana səhifəİqtisadiyyatGələn ilin büdcə daxilolmaları və əsas xərcləri