Prezident qanuna dəyişiklik edir
2018-ci il yanvarın 1-dən Azərbaycan vətəndaşları müvafiq beynəlxalq müqavilə bağlanmış ölkələrə şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər.
Məlumatı president.az saytı yayıb.
İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə” 2017-ci il 25 aprel tarixli 628-VQD nömrəli qanunun tətbiqi haqqında” sərəncam imzalayıb.
Qanunda şəxsiyyət vəsiqəsi ilə bağlı bu prosedurun 2017-ci il yanvarın 1-dən həyata keçirilməsi nəzərdə tutulub. “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun qəbulu ilə əlaqədar bu müddət dəyişdirilib.