Yaşayış minimumları artırılır, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı isə olduğu kimi qalır
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdi.
2018-ci il üçün yaşayış minimumları ilə bağlı rəqəmlərdə isə artım var. Yaşayış minimumu gələn il üçün ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutulub. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdi.
Milli Məclisə daxil olan bu qanun layihələri qəbul olunduqdan sonra təsdiqlənməsi üçün prezidentə göndəriləcək. Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.