Gələn il üçün yaşayış minimum 196 manat müəyyən olunub

Bu rəqəmlər 2020-ci illə müqayisədə orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Source: Foto: Meydan TV


Ehtiyac meyarının da 6,3 faiz artımı nəzərdə tutulub

Milli Məclisin dekabrın 25-də keçirilən iclasında növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri müzakirə edilib.

Növbəti il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 196 manat müəyyən edilib. 2021-ci il dövlət büdcənin layihəsinə əsasən, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır.

Bu rəqəmlər 2020-ci illə müqayisədə orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Gələn ilin ehtiyac meyarının da 6,3 faiz artımı nəzərdə tutulub.

Layihəyə əsasən, ehtiyac meyarı 160 manatdan 170 manata artırılacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, yaxın 4-5 il ərzində ehtiyac meyarını yaşayış minimumuna qaldıracağıq və bundan sonra isə ehtiyac meyarına ehtiyac qalmayacaq.

Müzakirələrdən sonra büdcə zərfinə daxil olan qanun layihələri səsverməyə çıxarılaraq I oxunuşda təsdiq edilib.

Ana səhifəSosialGələn il üçün yaşayış minimum 196 manat müəyyən olunub