Gələn il doğulacaq köçkün uşaqlarına aylıq müavinət verilməyəcək

Source:

2017-ci ildə doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci ilə bağlı aylıq müavinətin verilməyəcək.

APA yazır ki, bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu il iyulun 29-da verdiyi qərarda öz əksini tapıb. Həmin qərar ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 2016-cı il dekabrın 31-dən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərcindən ötrü aylıq müavinətin verildiyi şəxslərin siyahısından çıxarılıblar.

Ana səhifəXəbərlərGələn il doğulacaq köçkün uşaqlarına aylıq müavinət verilməyəcək