Gələn həftə ABŞ-dan yüksək vəzifəli şəxsləri Azərbaycana gələcək

Səfir Sekuta: Ölkələrimizin əməkdaşlıq etdiyi 3 əsas sahə – insan haqları, demokratiya təhlükəsizlik və iqtisadiyyat sahəsində müzakirələr aparılır

Source:


Səfir Sekuta: Ölkələrimizin əməkdaşlıq etdiyi 3 əsas sahə – insan haqları, demokratiya təhlükəsizlik və iqtisadiyyat sahəsində müzakirələr aparılır

“Gələn həftə ABŞ-dan olan ticarət missiyasının və yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir”.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib. Onun sözlərinə görə, hansı nümayəndə heyətinin gəlməsindən asılı olmayaraq, onlar 2 ölkə arasında ümumi əlaqələrə toxunur: “Bəzən xüsusi sahələrə də diqqət ayrılır. Amma kimin gəlməyindən asılı olmayaraq, ölkələrimizin əməkdaşlıq etdiyi 3 əsas sahə – insan haqları, demokratiya təhlükəsizlik və iqtisadiyyat sahəsində müzakirələr aparılır”.

Ana səhifəXəbərlərGələn həftə ABŞ-dan yüksək vəzifəli şəxsləri Azərbaycana gələcək