Binaların köçürülmə səbəbləri müxtəlifdir
2035-ci ilədək Bakıda 121 919 bina köçürüləcək. Köçürülmə Bakı şəhərinin Ərazidən İstifadə və Zonallaşdırma Planına (baş plan) əsasən həyata keçiriləcək.
APA yazır ki, yaşayış ərazilərinin yenidən qurulmasına görə 45 076, yolların yenidən qurulması səbəbindən 20 640, yeni salınacaq yollara görə isə 16 553 bina köçürüləcək:
“Dəmir yollarının sanitar-mühafizə zonalarına görə 9 109, təbii fəlakət riski olan ərazilər səbəbilə 1089, dövlət əhəmiyyətli obyektlərin tikintisinə görə 15 025, mühəndis xətlərinin sanitar-mühafizə səbəbindən 1 374, su hövzələrinin sanitar-mühafizə zonalarına görə 3 342, digər səbəblərlə əlaqədar isə 9 711 bina köçürüləcək”.