Mənbə: Google

“Gedin, kim borcunu ödəmirsə, işığını açıb tökün yerə”

Bakıda elektrik enerjisinə olan borcunu ödəməyən vətəndaşların işıqlarının kəsiləcəyi deyilir. Meydan TV Bakı şəhəri, Suraxanı Rayon İşıq İdarəsi rəhbərliyinin öz işçiləri ilə telefon danışığının səsyazısını əldə edib.

Rəhbərlik öz satış menecerlərinə göstəriş verir:

“Uşaqların hamısına deyin, kim pulu yığsa, maaşı qədər “premya” yazılacaq. İndi sərəncam yazdılar, uşaqların adlarını istəyirlər. Mart-aprel aylarında kim pulu yığsa, maaşı qədər “premya” veriləcək – 600 manat. İndi hamımızın adını siyahılaşdırıb göndəririk Maliyyə İdarəsinə. Gedin, kim borcunu ödəmirsə, işığını açıb tökün yerə. Haranı istəyirsiz açın. İstəyir obyekt olsun, istəyir ev. Baş nazir də, Daxili İşlər Nazirliyi də tapşırıq verib ki, biz problem yaratmayacağıq, “Azərişıq”a kömək edəcəyik”.

Meydan TV mənbənin kimliyini açıqlamamaq məqsədilə həmin səsyazısını yaymır.

“Azərişıq” ASC-nin mətbuat xidmətini rəhbəri Tanrıverdi Mustafayev isə Meydan TV-yə deyilənləri təkzib edib:

“Belə bir əmr yoxdur. O əmri yayan qoçaq kimdir ki, “Azərişıq”ın mətbuat xidmətinin bundan xəbəri yoxdur? O əmr, təlimat kimə gəlibsə, göstərsin, biz də bilək. Bütün günü nə işlər görülür, indiki çətin zamanda “Azərişıq” tərəfindən əhaliyə hər cür şərait yaradıılır. İşimizin bir hissəsi əhalini fasiləsiz enerji təchizatı ilə təmin etməkdirsə, bir hissəsi də istifadə olunmuş enerji haqlarının ödənilməsidir. Şükürlər olsun ki, bu işin də öhdəsindən layiqincə gəlinir. İndi kimsə hadisələrdən istifadə edib belə məlumat yayırsa, bundan xəbərsizik. Bizdə belə bir göstərişlə bağlı heç bir məlumat yoxdur”.

Koronavirus pandemiyası ilə bağlı yaranmış karantin dövründə əhaliyə hər hansı bir güzəştin tətbiq olunacağına gəlincə, Tanrıverdi Mustafayev bildirib ki, bu, onların səlahiyyətində olan məsələ deyil:

“Biz qanunverici orqan deyilik, icraçı bir strukturuq. Özbaşına deyilik ki, nəsə qanun qəbul edək. Ölkə başçımız, hökumətimiz nə tapşırıq verirsə, “Azərişıq” da ölkə qanunları çərçivəsində onu həyata keçirir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o852dg

Ən çox baxılan