Gədəbəydə şəhid yürüşlə anıldı

Rayon fəalları ələrində bayraq, şüarlar səsləndirərək, Eldar Fətəliyevin məzarını ziyarət ediblər

Source:


Rayon fəalları ələrində bayraq, şüarlar səsləndirərək, Eldar Fətəliyevin məzarını ziyarət ediblər

İyulun 27-də Gədəbəy rayonunun İvanovka kəndində şəhid Eldar Fətəliyevin 3 mərasimi keçirilib. Meydan TV əməkdaşının məlumatın görə, mərasimdə iştirak etmək üçün saat 11.00-da Saratovka kəndindən maşın karvanı yola düşüb. İvanovka kəndinə çatana kimi karvana 30-dək maşın qoşulub. Şəhidin ata evində təşkil olunmuş mərasimdən iştirak etdikdən sonra onun məzarı ziyarət olunub. Əllərində bayraqlar tutmuş ziyarətçilər “Şəhidlər ölməz, Vətən bölünməz”, “Allahu əkbər” sədaları altında yürüş təşkil ediblər.

İyulun 24-də Gədəbəy rayonunda növbəti dəfə atəşkəs pozulub. Atışma nəticədə Eldar Səxavət oğlu Fətəliyev dünyasını dəyişib. Onun iki azyaşlı övladı var.

Ana səhifəXəbərlərGədəbəydə şəhid yürüşlə anıldı