Gədəbəydə ilk dəfə kanalizasiya sistemi yaradılıb

Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4 saat su verilir

Source:
İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında
İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında


Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4 saat su verilir

Prezident İlham Əliyevin avqustun 20-də açılış etdiyi 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyası 21 min abonentə xidmət edəcək.

“Azərtac” yazır ki, bu barədə prezidentə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev məlumat verib.

Baba Rzayev deyib ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Hazırda rayonda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub, ikidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. Həm də 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Bu işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.

B.Rzayev yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğuların da inşa edildiyini söyləyib

Elə bugün prezident rayonun içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov prezidentə deyib ki, layihə Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq bulaqlar seçilib və bir suqəbuledici qurğu tikilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilib. Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib.

Eyni zamanda rayonda ilk dəfə kanalizasiya sisteminin yaradıldığı qeyd olunub. Bunun əsasında 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd, Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcəkdə 23 min nəfər faydalanacaq.

Gədəbəy şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 10 min sakinindən 25 faizinə xidmət göstərir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Gədəbəy şəhərində kanalizasiya sistemi isə indiyə qədər mövcud olmayıb.

Ana səhifəXəbərlərGədəbəydə ilk dəfə kanalizasiya sistemi yaradılıb