Torpağından qızıl çıxsa da, gədəbəylilər günü-günə calayıb, yoxsulluqla baş etməyə çalışdıqlarını deyirlər. Gədəbəyin Arıqdam kəndi Qızıl zavodunun yaxınlığında yerləşir. İş üçün müraciətlərin bir nüsxəsi də zavoda göndərilir. Amma işsizlər oradan da müsbət cavab ala bilmirlər.