”Gecə vaxtı ”Bandotdel”in zirzəmisinə notarius gətirdilər” (VİDEO)


Ötən həftə Zülfüqarlı qardaşlarına məxsus olan, 2005-ci ildə onların əlindən təhdid və zorla alıındığı deyilən zavodların kollektivləri müraciət yaydılar.  Müraciətdə deyilir ki, sahibkarlara qarşı edilən qanunsuzluqlar MTN-dəki cinayətkar dəstəsinin fəaliyyəti ilə məhdudlaşmır və “Bakı Poladtökmə”, “Elektroştamp”, “Xəzərboru” zavodları da quldurluq yolu ilə öz sahiblərindən alınıb. Ən maraqlısı odur ki, vaxtilə 1500-ə qədər işçisi olan bu zavodlar indi tamamilə işləmir. Yüzlərlə adam işsiz qalıb və iş yerlərinə qayıtmaq istəyirlər. İndi hər kəsə maraqlıdır ki, bir halda zavodları işlətməyəcəkdilər, yaxud işlədə bilməyəcəkdilər, nə üçün onları başqalarının əlindən alıblar. “Elektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədovla müsahibə də elə bu mövzudadır.

Ana səhifəVideo”Gecə vaxtı ”Bandotdel”in zirzəmisinə notarius gətirdilər” (VİDEO)